İsti və küləkli - Sabahın havası

İsti və külək – Sabahın havası
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

A24.Az  xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında iyulun 21-də hava şəraiti günəşli olacaq. Şimal-şərq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-26° isti, gündüz 35-38°, bəzi yerlərdə 40° isti, Bakıda gecə 23-25° isti, gündüz 36-38° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 45-55% olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı,Nardaran, Bilgəhdə 26-27°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 27-28°, Türkan, Hövsan, Sahil, Şıxda 28-29° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti yağmursuz keçəcək. Şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 35-40°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 15-20° isti, gündüz 26-31° isti olacağı gözlənilir.

A24.Az 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar