İstifadəçilərin ən çox narazı qaldığı mobil operator - ANALİZ

İstifadəçilərin ən çox narazı qaldığı mobil operator – ANALİZ
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2017-ci ilin oktyabr ayı üzrə analiz işini yekunlaşdırıb.

A24.Az Media Təqib Mərkəzinin monitorinqinə əsasən,  mobil operatorlarla ilə bağlı oktyabr ayı üzrə məlumatları təqdim edir.

Belə ki, 2017-ci ilin oktyabr ayında elektron mətbuatda, yəni sayt və portallarda mobil operatorlarla əlaqəli 1017 xəbər yerləşdirilib. Bunlardan 883-ü neytral, 120-si müsbət,14-ü isə isə mənfi xəbərdir.

Müsbət xəbərlər arasında “lider”: AzerCELL (60 xəbər – Azercell-in prezidenti qızıl medalla təltif olunub), BakCELL (60 xəbər – Bakcell Azərbaycanda yüksək sürətli internet təklif edən şirkət kimi ən yaxşı şəbəkə adına layiq görülüb).

 Mənfi xəbərlər arasında “lider”: AzerCELL (14 xəbər – Azercellə qarşı abonentlərin ittihamları ? oğurluq, dələduzluq, dilənçilik).

Xəbər sayına görə sıralama:

1 AzerCELL 593 xəbər
2 BakCELL 222 xəbər
3 Nar Mobile 200 xəbər
4 Nar Mobile 2 xəbər

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 174 xəbər dərc edilib.

Bunlardan 159-u neytral,15-i isə müsbətdir.

Müsbət xəbərlər: AzerCELL (10 xəbər- Azercell-in prezidenti qızıl medalla təltif olundu), BakCELL (5 xəbər -Bakcell sınaq nəticələrinə görə Azərbaycanda ən yaxşı mobil şəbəkə kimi tanınıb).

Xəbər sayına görə sıralama:

1 AzerCELL  112 xəbər
2 BakCELL  40 xəbər
3 Nar Mobile  22 xəbər

Oktyabr ayında televiziya kanallarında mobil operatorlar haqqında 9 xəbər göstərilib.

1 AzerCELL  6 xəbər
2 BakCELL  2 xəbər
3 Nar Mobile  1 xəbər

Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1600 sayt (o cümlədən, 500 gündəlik yenilənən sayt), 12 televiziya  kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar