İstirahət gününə olan hava proqnozu açıqlandı

İstirahət gününə olan hava proqnozu açıqlandı
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycan ərazisində bazar gününə, sentyabrın 16-na olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, yağmursuz olacağı gözlənilir.

Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 20-22°, gündüz 28-32° isti, Bakıda gecə 20-23°, gündüz 30-32° isti təşkil edəcək.

Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70%, gündüz 40-45% olacaq.

Azərbaycanın rayonlarında sentyabrın 16-da bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 17-22°, gündüz 29-34° isti, dağlarda gecə 10-15°, gündüz 19-24° isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə, sentyabrın 16-da Abşeron yarımadasında sabit hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Manşet
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar