İtaliya prezidentini seçdi

İtaliya prezidentini seçdi
Want create site? Find Free WordPress Themes and plugins.

İtalyanın yeni prezident, Konstitusiya Məhkəməsi hakimi Serqio Mattarella oldu.

Keçmiş nazir Mattarella, Məclisdəki dördüncü mərhələdəki səsvermə nəticəsində ölkənin 12-ci prezident seçildi. İctimaiyyət tərəfindən çox tanınmayan Mattarella Siciliyada doğulub. O, özü kimi sol meylli Baş nazir Matteo Renzi tərəfindən dəstəklənirdi.

Nümayəndələr Palatasındakı ilk üç mərhələdə prezident seçilmədi. Dördüncü mərhələdə isə qalib oldu. Mattarella, 1009 üzvü olan Parlamnetdə 650 səslə ölkənin yeni prezidenti oldu.

Serqio Mattarella, İtaliya Konstitusiya Məhkəməsində 2011-ci ildə bu yana Konstitusiya Hakimi olaraq çalışır. O, Xristian Demokrat mənşəli bir siyasətçi olaraq bilinir. Yeni prezident, 1987-1989-ci illərdə Parlament ilə Əlaqələr Nazirli, 1989-1990-ci illərdə Milli Təhsil Nazirli, 1998-1999-ci illərdə Baş nazir müavini, 1999-2001-ci illərdə Milli Müdafiə Naziri kimi fəaliyyət göstərib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar