OLYMPUS DIGITAL CAMERA

IV Bakı Beynəlxalq Teatr Konfransı maraqlı yeniliklər vəd edir

OLYMPUS DIGITAL CAMERAA24.Az xəbər verir ki, bir neçə gündən sonra ölkəmiz dünya miqyaslı beynəlxalq tədbirə ev sahibliyi edəcək. 7 və 8 noyabr tarixlərində Bakıda “Teatr və multikulturalizm” mövzusunda IV Bakı Beynəlxalq Teatr Konfransı keçiriləcək. Konfransda dünyanın 40-a yaxın ölkəsindən təqribən 150 teatr xadimi – teatr tənqidçiləri, aktyorlar, rejissorlar, rəssamlar, Beynəlxalq teatr qurumlarının prezidentləri – iştirak edəcək.
Konfrans çərçivəsində baş tutacaq görüşdə qarşılıqlı yaradıcılıq əlaqələrinin genişləndirilməsi istiqamətində görüləcək işlər, müştərək layihələr müzakirə olunacaq.
Bundan başqa, ölkəmizdə fəaliyyət göstərən teatrlarda bir sıra treninq və seminarların keçirilməsi də nəzərdə tutulur. Konfransın açılış mərasimində Dövlət Gənc Tamaşaçılar Teatrının 25 əməkdaşı iştirak edəcək.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR