IV qrupda ixtisas seçənlərin nəzərinə

IV qrupda ixtisas seçənlərin nəzərinə
Want create site? Find Free WordPress Themes and plugins.

Dövlət İmtahan Mərkəzi (DİM) IV ixtisas qrupunda müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabça nəşr edib.

DİM-dən A24.az-a verilən məlumata görə, “Abituriyent” jurnalının xüsusi buraxılışı olan kitabçada IV ixtisas qrupunda müsabiqədə iştirak etmək hüququ qazanan abituriyentlərin imtahan ballarının paylanması, ali təhsil müəssisələrinə ixtisas qrupu üzrə qəbul planı, dövlət sifarişi üzrə yerlərin sayı, müsabiqə şərtləri və digər zəruri məlumatlar təqdim olunub.

Xatırladaq ki, I ixtisas qrupunda müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün bu kitabça iyulun 27-də (iyulun 22-də Azərbaycan Kooperasiya Universitetində keçirilən imtahanda iştirak edən və binadan kənarda baş vermiş yanğın hadisəsi ilə əlaqədar təxliyə olunan abituriyentlər üçün) keçiriləcək yeni qəbul imtahanının nəticələri elan edildikdən sonra çap ediləcək.

Kitabçanı aşağıdakı ünvanlarda yerləşən “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar