İxtisas seçimi başladı: Abituriyentlər diqqətli olsunlar - VİDEO

İxtisas seçimi başladı: Abituriyentlər diqqətli olsunlar – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Ali təhsil müəssisələrinə bütün qruplar üzrə müsabiqə şərtini ödəmiş abituriyentlər üçün ixtisas seçimi avqustun 10-dək internet vasitəsilə aparılacaq.

A24.Az bildirir ki, bununla bağlı Dövlət İmtahan Mərkəzi abituriyentlərə müraciət edib. Abituriyentlər yeni yaradılmış 16-53 “Çağrı” mərkəzinə zəng vurmaqla onları maraqlandıran suallara cavab tapa bilərlər.

İxtisas seçimində iştirak etmək üçün müsabiqə şərtləri və elektron ərizələrin doldurulma qaydasının izah edilməsi məqsədilə Bakıda və DİM-in regional bölmələrində “işçi qrup”lar yaradılıb. İşçi qrup əməkdaşları abituriyentlərə yalnız ərizənin doldurulma qaydası və bu zaman qarşıya çıxa biləcək texniki problemlərin həllində yardımçı ola bilərlər. Elektron ixtisas seçimi ərizəsinin doldurulması və təsdiqi abituriyentin özü tərəfindən həyata keçirilməlidir. “İşçi qrup”lar sabahdan avqustun 10-dək, şənbə və bazar günləri istisna olmaqla Bakı Naxçıvan gəncə lənkəran xaçmaz şəki şirvan göyçay bərdə şəhərlərində fəaliyyət göstərəcək.

Abituriyentlər ixtisas seçimi zamanı ilk növbədə topladıqları balları nəzərə almalıdırlar. Seçim zamanı müxtəlif ixtisaslar üçün formalaşmış keçid ballarının əks edildiyi bu ilin abituriyent jurnalı ilə əvvəlki illərin jurnallarını müqayisə etmək tövsiyə edilir.

Abituriyentlər əsasən gələcək karyeralarını düşünüb ixtisas seçimi etməlidirlər.Ali məktəblərə qəbul olunmaq xətrinə ixtisas seçimi etmək doğru deyil, çünki sonradan iş tapmaq problemə çevrilir.

Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə abituriyentlər ballarına uyğun olan və plan yerləri daha çox olan ixtisasları seçməlidirlər.Bundan əlavə balı zəif olan abituriyentlər özəl universitetlərə üstünlük versələr yaxşıdır. Ona görə də abituriyentlərin ıxtisas seçimində daha diqqətli olmaları tövsiyyə olunur. /xezerxeber.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Gündəm, Video Xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar