Jirinovski erməniləri terrora səslədi

Jirinovski erməniləri terrora səslədi
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyə 5-10 il sonra süqut edə bilər.

“A24.az” “axar.az”a istinadən xəbər verir ki, bunu mətbuata müsahibəsində Rusiya Liberal Demokratik Partiyasının rəhbəri Vladimir Jirinovski söyləyib. Onun sözlərinə görə, ermənilər Türkiyəyə qarşı mübarizə aparmalıdır.

“Qoy ermənilərin özləri qərar versinlər. Kürdlər öz dövlətlərinin yaradılması üçün necə döyüşürlər? Əllərində silahla. Ermənilər də bu yoldan istifadə etsinlər. Təbii ki, biz Ermənistana, kürdlərə, yunanlara, bolqarlara, suriyalılara diplomatik dəstək verə bilərik. Onların hamısı Türkiyəyə nifrət edirlər. Türkiyə öz düşmənləri ilə əhatələnib. Qərbdə bolqarlar və yunanlar, şərqdə ermənilər, kürdlər, cənubda isə Suriya var. Türkiyənin sonudur. Lakin bu, 5-10 ildən sonra mümkün olacaq. Türkiyə yox olacaq və bölgədə heç bir rol oynamayacaq. Bizim partiyanın mövqeyi aydındır. Biz müstəqil kürd dövlətini dəstəkləyirik”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar