Jurnalist prezidentin otağından gizli müdafiə sənədlərini oğurladı-ŞOK!

Jurnalist prezidentin otağından gizli müdafiə sənədlərini oğurladı-ŞOK!
Want create site? Find Free WordPress Themes and plugins.
Paris prokurorluğu Fransa prezidenti Fransua Ollandala müsahibə aparan “Le Monde” qəzetinin iki müxbiri barədə dövlət sirlərini sızdırdığı üçün istintaq başladıb. İki müxbir Ollandla apardıqları söhbət zamanı gizli müdafiə sənədlərini yazı stolunun üstündən götürərək, sənədlərdə yer alan gizli məlumatları məqalələrində istifadə ediblər.
A24.az xəbər verir ki,  ana müxalifətdəki Respublikaçılar Partiyasının millət vəkili Erik Ciottiin şikayətini qiymətləndirən prokurorluq, 2013-ci ildə Fransa qrıcı təyyarələrinin Suriyada hava əməliyyatı keçirmək planı ilə bağlı gizli sənədin bayıra sızması nəticəsində milli təhlükəsizliyin pozulduğunu açıqlayıb və istintaq başladıb.
Fransa mətbuatı, gələn il keçiriləcək prezident seçkisində yenidən namizəd olması gözlənilən Ollanda üçün bu istintaqın böyük çətinlik yaradacağını yazır.
Qeyd edək ki, müxbirlər Jerar Davet və Fabrice L’homme prezident Ollanddan 30 avqust 2013-cü ildə götürdükləri müsahibədə ələ keçirdikləri məxfi sənədin bir hissəsini bu il avqustun 23-də hazırladıqları birgə məqalədə istifadə ediblər. Ollandın ABŞ prezidenti Barak Obama ilə keçirdiyi görüşdən qabaq götürdükləri müsahibə zamanı bu sənədi ələ keçirdiklərini qeyd edən iki jurnalist, bunu necə etdiklərinə aydınlıq gətirməyiblər. Jurnalistlər müsahibə zamanı gizli müdafiə sənədlərinin Ollandın yazı stolunun üzərində olduğunu bildiriblər.
Məqalədə sözügedən məxfi sənədin bir hissəsini dərc edən jurnalistlər 29 avqustdakı gizli yazışmada dövrün Baş Qərargah rəisinin hava əməliyyatının başlama saatıyla bağlı verdiyi məlumatları da açıqlayıblar. Bu sənədin əməliyyatın məzmununa dair bələdçi xarakteri daşıdığı qeyd olunub.
Davet və L’homme daha sonra 2012-2016-cı illərdə Ollandla apardıqları 60-a yaxın müsahibəni, “Bir prezident bunları deməməliydi” adlı kitabda toplayıb. Bir müddət əvvəl satışa çıxarılan və Fransada böyük əks-səda doğuran kitab Ollandın öz partiyasında da tənqidlərə hədəf olub.
Kitabdakı sözlərə görə, Fransua Olland Fransadakı hicablı qadınların bir gün başlarını açaraq azad olacağına inandığını söyləyib və Fransanın İslam ilə problemi olduğuna dair fikirlər səsləndirib. /faktxeber.az/
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya, Siyasət
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar