Kamal Abdulla qaydaları dəyişdi - Narazı tələbələrlə bağlı islahatlar

Kamal Abdulla qaydaları dəyişdi – Narazı tələbələrlə bağlı islahatlar
Want create site? Find Free WordPress Themes and plugins.

Xarici Dillər Universitetində rektor təyin olunan Kamal Abdulla iclas keçirib.

A24.Az-ın Lent.az-a istinadən xəbərinə görə, iclasda yeni qaydalar müəyyənləşib və rektor bəzi qərarlar verib.

Universitetdə qəbul edilmiş yeni qərarlar bundan ibarətdir:

– Yay məktəbi tam pulsuz olacaq;

– Apelyasiya imtahanlarında maksimum bal 2-dən 5-ə qaldırılacaq;

– İmtahan nəzarətçiləri fənn və ya fənnə yaxın müəllimlər olacaq;

– İmtahan nəzarətçiləri otaqda gəzməyəcək, tələbənin başının üstündə dayanmayacaq, yerində oturacaq;

– Çöldə əlavə nəzarətçilər olmayacaq, hər imtahan otağında bir nəzarətçi olacaq;

– Universitetdə kitabxana punktu yaradılacaq, tələbələr kitab üçün universitetin Təbriz küçəsindəki tədris binasına getməyəcək. Tələbə kitabın adını deyəcək və kitabxana əməkdaşları gətirib verəcək;

– 4-cü kursda oxuyan oğlan tələbələrə əsgərlik probleminə görə kəsrlərində köməklik olunacaq;

– İslam oyunları könüllüləri üçün heç bir problem yaranmayacaq;

– Tələbənin üzrlü səbəbi olarsa, onun üçün imtahanın vaxtı dəyişdiriləcək;

– Təhsil haqqının ödənişi ilə bağlı çətinlik yaranarsa, rektora ərizə ilə bildiriləcək.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Gündəm, Təhsil

Müzakirə

A24.Az