Kanada ABŞ-dan idxal olunan polad və ketçupa vergi qoydu

Kanada ABŞ-dan idxal olunan polad və ketçupa vergi qoydu
Want create site? Find Free WordPress Themes and plugins.

Bazar günündən etibarən Kanada, Vaşinqtonun oxşar hərəkətlərinə cavab olaraq, bir sıra ABŞ-dan idxal olunan mallara vergi rüsumları təyin edib.

“A24.az” bildirir ki, bu haqda Trend “Аssociated Press” informasiya agentliyinə istinadən xəbər verir.

İdxal olunan polad və dəmirə 25% nisbətində vergi qoyuldu (may ayının sonunda ABŞ Kanada və bir sıra digər ölkələrdən idxal olunan polad və alüminyuma eyni nisbətdə vergi rüsumu müəyyən etmişdir). Bir sıra digər məhsullara 10 faiz nisbətində vergi təyin olunur. Bunların arasında ketçup, pizza və qab yuyan vəsitələr var.

ABŞ xarici ticarət siyasətinə qarşı sərt tənqidlərlə çıxış edən Kanadanın baş naziri Castin Trudeau, Donald Trampın sanksiyalarına qarşı etirazını bildirən kanadalılara öz təşəkkürünü bildirdi və ABŞ istehsalı olan məhsulları almamağa çağırdı.

Xatırladaq ki, ABŞ-ın Avropa, Kanada və Meksika polad və alüminium istehsalçılarına qarşı sanksiyaları iyunun 1-dən qüvvəyə minir.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Son Dəqiqə, İqtisadiyyat
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar