Kanada Azərbaycana gedəcək vətəndaşlarına xəbərdarlıq etdi: "Siz cinayətkarlardan, cib oğrularından, xarici vətəndaşlara..."

Kanada Azərbaycana gedəcək vətəndaşlarına xəbərdarlıq etdi: “Siz cinayətkarlardan, cib oğrularından, xarici vətəndaşlara…”
Want create site? Find Free WordPress Themes and plugins.

“Facebook” istifadəçilərində biri şəxsi səhifəsində Kanadanın Azərbaycan haqqında çox aşağı səviyyədə fikir və düşüncələrə sahib olmasını bildirib.

“A24.az” həmin paylaşımı təqdim edir:

“Kanada dövlətinin öz vətəndaşları üçün rəsmi səyahət saytına baxıram, saytda dünən yeniləmə olub, orda Azərbaycana getmək istəyən Kanada vətəndaşları üçün məsləhət bölümündə bizim haqqımızda belə deyilir:

“Siz cinayətkarlardan, cib oğrularından, xarici vətəndaşlara hücum edənlərdən yüksək dərəcədə ehtiyyatlı olmalısınız.Çünki bu hallar orda baş verir.

Tibbi xidmətlər Kanadadan fərqlidir. Köhnə tibbi klinikalarından uzaq olun, çünki onlar sadə cihazlar və dərmanların belə qıtlığını çəkirlər və çox aşağı səviyyədə gigiyena standartlarına malikdirlər. Bakıdan kənarda olan səhiyyə müəssisələri limitlidir. Bəzi klinikalar müalicədən öncə ödəniş tələb edirlər. Orda təcili tibbi yardım maşını çox bahadır.

Yadınızda saxlayın bölməsində isə belə yazılıb:

Hazır olun! Səhiyyə xidmətlərini Kanada ilə eyni olmasına ümid etməyin. Əgər siz şəhər mərkəzindən uzaqlaşacaqsınızsa, səyahət tibb çantasını özünüzlə götürün”.

Yazılanlar aşağıdakı linkdə yer alıb:

https://travel.gc.ca/destinations/azerbaijan

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Son Dəqiqə, Media
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar