Kanada parlamenti 20 Yanvarla bağlı bəyanat verirb

Kanada parlamenti 20 Yanvarla bağlı bəyanat verirb
Want create site? Find Free WordPress Themes and plugins.
Qış fasiləsindən sonra bu həftə fəaliyyətini bərpa edən Kanada Parlamenti İcmalar Palatasının 27 yanvar tarixli iclası zamanı Kanada parlamentinin üzvü, Kanada-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Bari Devolin (Barry Devolin) “Azərbaycanda Qanlı Yanvar Faciəsi” adlı bəyanatla çıxış edib.

“A24.az” xəbər verir ki, Azərbaycanın Kanadadakı səfirliyindən APA-ya verilən məlumata görə, bəyanatda deyilir: “ Keçən həftə Azərbaycan xalqı “soyuq müharibə”nin sonunda baş vermiş qorxunc faciənin 25-ci ildönümünü yad edib. 1990-cı il yanvarın 19-da Bakıda Azərbaycanın müstəqilliyini tələb edən dinc nümayişlərə cavab olaraq, Sovet rəhbərləri həmin toplantıları qəddarcasına dağıtmaq üçün şəhərə tank və qoşunlar yeridib. Nəticədə 130 mülki şəxs qətlə yetirilmiş və 700-dən çox adam yaralanmışdı.

Kanada-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri kimi iki dəfə Şəhidlər Xiyabanında həlak olanların xatirəsinə ucaldılmış memorialın önünə əklil qoymuş və 20 yanvar hadisələrinin şahidi olan azərbaycanlı dostlarımın söylədiklərini dinləmişəm.  Bu ay kanadalılar azərbaycanlılara qoşularaq həlak olanları yad edir və verilən qurbanların nəticə etibarilə Sovet İttifaqı və “soyuq müharibə”nin sonunu sürətləndirdiyini qəbul edirlər. Allah onlara rəhmət eləsin!”

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar