Kanadadan vətəndaşlarına xəbərdarlıq: Türkiyənin cənub-şərqinə getməyin

Kanadadan vətəndaşlarına xəbərdarlıq: Türkiyənin cənub-şərqinə getməyin
Want create site? Find Free WordPress Themes and plugins.

Kanada hökuməti Türkiyədə olan vətəndaşlarını terror təhlükəsi ilə bağlı izdihamlı, insanların çox olduğu yerlərə səfər etməkdən çəkinməyə çağırıb.

“A24.az” xəbər verir ki, bu barədə “Hürriyyet” qəzeti məlumat verib.

Bundan başqa, Kanada hökuməti öz vətəndaşlarını Türkiyənin cənub-şərq əyalətlərinə və ölkənin Suriya ilə sərhəd olan rayonlarına səfər etməkdən də çəkinməyə çağırıb.

Kanada hökuməti eyni zamanda, Türkiyəyə martın 25-də yeni terror aktları olma ehtimalı ilə də bağlı xəbərdarlıq edib.

Qeyd edək ki, martın 13-də Ankarada törədilən terror aktında 37 nəfər ölüb, 125 nəfər isə yaralanıb. Partlayışın baş verməsinə səbəb minalanmış avtomobil olub.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar