Kanal canlı efirində “söyüşün biri 1 qəpik” olan veriliş barədə QƏRAR VERDİ

Lider TV-də yayımlanan “Çıxış yolu” verilişinin yayımı dayandırılması barədə qərar verilib.

A24.Az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya açıqlamasında kanalın direktor müavini Lamiyə Ələkbərova deyib.

Kanal rəsmisi bildirib ki, proqramı ciddi şəkildə cəzalandırılıb:

“Lider Tv-nin rəhbərliyi “Çıxış yolu” verilişinin yayımının dayandırması barədə qərar verib. Onlar ciddi şəkildə cəzalandırılıblar”.

Xatırladaq ki, Çıxış yolu” verilişində gəlin və qayınana arasında yaşanan anlaşılmazlıq söyüşlü mübahisə ilə nəticələnmişdi.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR