"Kapital Bank" vətəndaşları necə aldadır?

“Kapital Bank” vətəndaşları necə aldadır?
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2018-ci ilin iyun ayı üzrə analiz işini yekunlaşdırıb.

“A24.az” Media Təqib Mərkəzinə istinadən banklarla bağlı iyun ayı üzrə məlumatları təqdim edir:

2018-ci ilin iyun ayında elektron mətbuatda, yəni sayt və portallarda banklarla əlaqəli 4124 xəbər yerləşdirilib. Bunlardan 76 xəbər mənfi, 4 xəbər müsbət, 4044 xəbər isə neytraldır.

Mənfi xəbərlər Günay Bank (68 xəbər – “GünayBank” qalmaqalının detalları: Qara pullar, maxinasiyalar) və Kapital Banka (8 xəbər – “Kapital Bank” vətəndaşları belə aldadır) məxsusdur.

Müsbət xəbərlər isə Xalq Banka (7 xəbər – Visa International Xalq Bankı mükafatlandırdı) aiddir.

Xəbər sayına görə sıralama:

1 Günay Bank 533 xəbər
2 Kapital Bank 484 xəbər
3 Azərbaycan Beynəlxalq Bankı 444 xəbər
4 AtaBank 269 xəbər
5 PAŞA Bank 226 xəbər
6 Unibank Kommersiya Bankı 187 xəbər
7 Access Bank 185 xəbər
8 Bank Respublika 166 xəbər
9 Bank Standard 136 xəbər
10 Expressbank 125 xəbər

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 373 neytral xəbər dərc edilib. İyun ayında bu sektorla bağlı yazılı mətbuatda mənfi və müsbət xəbər dərc olunmayıb.

Xəbər sayına görə sıralama:

1 Azərbaycan Beynəlxalq Bankı 92 xəbər
2 Kapital Bank 77 xəbər
3 PAŞA Bank 40 xəbər
4 AtaBank 25 xəbər
5 Günay Bank 21 xəbər
6 Bank Standard 20 xəbər
7 NBC Bank 14 xəbər
8 TuranBank 12 xəbər
9 Bank Respublika 10 xəbər
10 Unibank Kommersiya Bankı 9 xəbər

İyun ayında televiziya kanallarında banklar haqqında 18 xəbər göstərilib.

Xəbər sayına görə sıralama:

1 Bank Respublika 5 xəbər
2 Unibank Kommersiya Bankı 4 xəbər
3 PAŞA Bank 3 xəbər
4 Kapital Bank 3 xəbər
5 ABB Azərbaycan Beynəlxalq Bankı 2 xəbər
6 Bank of Baku 1 xəbər


Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1600 sayt (o cümlədən, 500 gündəlik yenilənən sayt), 12 televiziya  kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

Əlaqə:

+994 12 409 90 09

+994 51 408 08 88

+994 12 408 08 88

[email protected]

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Manşet, İqtisadiyyat, Media
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar