A24 Xeber

Karantin müddətində bu avtomobillər CƏRİMƏLƏNMƏYƏCƏK – RƏSMİ / VİDEO

Karantin müddətində bu avtomobillər CƏRİMƏLƏNMƏYƏCƏK – RƏSMİ / VİDEO
241 oxunma
13 Aprel 2020 - 11:10

Karantin dövründə sığortası olmayan avtomobillərə cərimə tətbiq olunması məsələsi son dövürlər sürücüləri düşündürən suallardandır.

A24.Az xəbər verir ki, məsələyə münasibət bildirən Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyir ki, karantin vəziyyətində sürücülərə cərimə tətbiq edilməyəcək.

”Əlbəttə bu hallar nəzərə alınıb. Artıq DYP əməkdaşları tərəfindən xüsusi texniki cihazların köməyi ilə belə avtomillərin sürücüləri yəni həm sürücülük vəsiqəsinin etibarlılıq müddəti bitən həm də texniki baxımdan nəzarətdən keçməyən avtomobillərin müəyyən edilməsi qaydası dayandırılıb.”

Kamran Əliyev bildirib ki, Daxili İşlər Nazirliyinin (DİN) rəhbərliyi göstəriş verib ki, texniki baxışdan keçməyənlərin elektron qaydada aşkarlanması, eləcə də sığorta müqaviləsinin bitməsi ilə bağlı xüsusi texniki vasitələrlə aşkarlanma karantin müddətində dayandırılsın. 

ÇOX BAXILAN FOTOLAR