A24 Xeber

Keçi ailənin illərdir yığdığı 20 min pulu yedi, kişinin dili tutuldu

Keçi ailənin illərdir yığdığı 20 min pulu yedi, kişinin dili tutuldu
282
06 Dekabr 2018 - 21:27

Serbiyada qəribə olay yaşanıb.

RIA Novosti-nin xəbərinə görə, Serbiyanın Raniloviç kəndində keçi 20 min avro pulu yeyib.

Belqraddan 80 kilometr məsafədə yerləşən kənddə ev keçisi masanın üzərinə qoyulan 20 min avronu çeynəyərək yarasız hala salıb.
Bu barədə məlumatı mətbuata Milena Simic adlı qadın verib. O bildirib ki, illərdir evdə saxladıqları Squirrel adlı keçi qapı açıq qalan zaman evə girərək stolun üstündəki pulları çeynəyib.

Qadının dediyinə görə, 10 hektarlıq torpaq sahəsi almaq üçün yığdıqları pulların məhv olduğu gün həyat yoldaşı şok keçirib və o gündən sonra əri danışmır.
“Həyətdə oturmuşduq. Birdən xışıltı səsləri gəldi. Evə doğru qaçanda dəhşətə gəldik. Keçi pulları yeyib, stolda cəmi 300 avro saxlamışdı”, – Milena söyləyib.
Qəzəblənən ailə keçini kəsib, bişirib, yeyiblər.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00