Keçmiş deputatın oğlu Beynəlxalq Bankının yeni SƏDRİ OLDU

Keçmiş deputatın oğlu Beynəlxalq Bankının yeni SƏDRİ OLDU
Want create site? Find Free WordPress Themes and plugins.
Xalid Əhədov
Xalid Əhədov

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib.

A4.Az xəbər verir ki, yığıncaqda bankın İdarə Heyətinə sədr seçilməsi məsələsinə baxılıb. Səhmdarların qərarı ilə Xalid Nurəddin oğlu Əhədov ABB-nin İdarə Heyətinin sədri seçilib.

X.Əhədov 8 dekabr 2016-cı il tarixindən bu vəzifəni müvəqqəti icra edirdi. Bank sektorunda 1999-cu ildən çalışan X.Əhədov indiyə qədər “Bank of Baku” ASC-nin İdarə Heyəti sədrinin müavini, “Unibank” ASC-nin icraçı direktoru olub.

Qeyd edək ki, Xalid Əhədov keçmiş millət vəkili Nurəddin Əhədovun oğludur.

Eyni zamanda sədrin yeni müavini təyin edilib. Bu vəzifəyə “Bank Respublika”da İdarə Heyətinin sədr müavini olmuş Aqşin Əmirov təyin edilib.

Qeyd edək ki, bu gün həm də Azərbaycan Beynəlxalq Bankının fəaliyyətə başlamasının 25-ci ildönümü tamam olur. 10 yanvar 1992-ci il tarixində təşkil olunmuş bank 25 ildir müştərilərə xidmət göstərir və hazırda aktivlərinin həcminə, müştəri bazasına, eləcə də beynəlxalq əməliyyatlar portfelinə görə Cənubi Qafqaz regionunun ən böyük bankı sayılır. Azərbaycan Prezidentinin 15 iyul 2015-ci il tarixli müvafiq fərmanına uyğun olaraq Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması tədbirləri davam etdirilir. //Trend//

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar