Keçmiş nazir ailəsi ilə təyyarə qəzasında öldü

Keçmiş nazir ailəsi ilə təyyarə qəzasında öldü
Want create site? Find Free WordPress Themes and plugins.

Kanadanın sabiq nəqliyyat naziri Jan Lapyer ailəsi ilə birlikdə kiçik mühərrikli təyyarənin Kvebek əyalətinin Madlen adalarında qəzaya uğraması nəticəsində ölüb. 

“A24.az”ın CBC-yə istinadən verdiyi xəbərə görə, təyyarənin göyərtəsində Lapyer, onun həyat yoldaşı və ailə üzvləri olublar. Onların hamısı Lapyerin atasının dəfn mərasiminə yollanırmışlar. Jan Lapyerin qəzanın baş verdiyi  Madlen adalarında anadan olduğu bildirilir.

Monrealdan Madlen adalarına uçan  “Mitsubishi MU-2B-60” tipli təyyarənin eniş edən zaman qəzaya uğraması ehtimal olunur. İlkin versiyaya görə, qəzaya səbəb əlverişsiz hava şəraiti olub.

Baş nazir Castin Trüdo faciə ilə əlaqədar başsağlığı bildirib: “Jan Lapyerin Madlen adalarında qəfil ölümündən sarsıldım. Bu siyasi ictimaiyyət üçün böyük itkidir”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar