Keçmiş polis əməkdaşı yeganə oğlunu qətlə yetirdi - `Rədd ol evdən, sevgilim gələcək` - FOTO

Keçmiş polis əməkdaşı yeganə oğlunu qətlə yetirdi – `Rədd ol evdən, sevgilim gələcək` – FOTO
Want create site? Find Free WordPress Themes and plugins.

İstanbulun Bayrampaşa rayonunda baş verən ailə dramı eşidənləri dəhşətə gətirir.

A24.az Habertürk-ə istinadən xəbər verir ki, Göktürk ailəsinin təqaüdə çıxan polis ailə başçısı Burhan və həyat yoldaşı Aygülün ən böyük arzuları övladları Göktanı ölkə xaricində oxutmaq olub. Ailə Avstriyaya göndərdikləri uşaqlarının narkotik asılısı olaraq dönməsiylə həyatlarının şokunu yaşayıblar.

Davranışları gündən-günə daha da aqressivləşən, ailəsinə qarşı şiddətli davranışları ilə diqqət çəkən, artıq gecə saatlarında evə gələn, ya da heç gəlməyən Göktan hər kəsi “təəccübləndirirdi”. O, “Evə niyə gec gəlirsən?”, “Gecə harada idin?” soruşan atasına söyüş söyüb, “əl atmağa” başlamışdı. Göktürk ailəsi artıq gecə yatarkən otaqlarının qapısını bağlayırdı. Çünki Göktan narkotikin təsirindən səhərə yaxın yuxudan qalxıb “Məni polisə siz verdiniz? Məni həbsə saldırcaqsınız?” deyərək qışqıraraq, ata-anasına hücum edirdi. Tez-tez pul istədiyi anasına: “Səni çalışdığın iş yerində hər kəsin önündə biabır edəcəyəm” deyərək təhdid edirmiş. Göktürk cütlüyü uşaqlarını müalicə etdirmək istəsələr də, Göktanı razı sala bilmirdilər.

2014 -cü ilin 19 mart günü ana hər gün olduğu kimi işinə gedir. Ata isə hələ yatağında idi. Göktan otağından çıxıb atasının otağına girir. Atasını söyərək “Rədd ol get, sevgilim gələcək bura” dedikdən sonra ata-bala arasında dava başlayır. Təqaüddə olan polis atanın ifadəsinə görə, öncə oğluna yalvarıb. Göktan şamdanı götürüb atasına atıb. Sonra dəmir parçası ilə ona hücum edib:

“Mən də dərhal yataq otağına getdim. Silahımı yastığın altından götürdüm. O məqamda mənə hücum çəkdiyi zaman silahdan atəş açdım”.

Ata 2.5 il – 30 ay həbsdə qalıb. Məhkəmənin qərarı ilə sərbəst buraxılan Burhan Göktürkün başına gələnlərə ürəyi dözməyib. Təxliyəsindən qısa müddət sonra infarkt keçirərək dünyasını dəyişib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar