Kəmalə Ağazadəyə qarşı cinayət işi başladı - FOTO

Kəmalə Ağazadəyə qarşı cinayət işi başladı – FOTO
Want create site? Find Free WordPress Themes and plugins.
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadəninbarəsində cinayət işi başlanıb. Cinayət işini birlik sədrinin qohumu Həcər Kəngərlinin şikayəti əsasında Baş Prokuror yanında Korrupsiyaya Qarşı mübarizə İdarəsi qaldırıb. 
Şikayətçi Həcər Kəngərli criminal.az saytına açıqlamasında bildirib ki, bir müddət əvvəl K.Ağazadənin təşkilatında işlədiyi Mahir Bayramovla bilrikdə Baş Prokuror yanında Korrupsiyaya Qarşı mübarizə İdarəsinə ərizə yazıblar. Onun sözlərinə görə, şikayət etməsinə səbəb K.Ağazadənin onun və iş yoldaşlarının 8 aylıq əməkhaqqını məcburən almasıdır:
”Mən Azərbaycan Uşaqlar Birliyində Qlobal Fondun ”Zərərin azaldılması proqramı” layihəsində əvvəl sosial işçi, sonra isə koordinator işləmişəm. İşlədiyim müddətdə aylıq məvacibim əvvvl 350, sonra isə 450 manat olub. Layihənin müddəti bitdiyi üçün Kəmalə Ağazadə bizə dedi ki, 8 ayın əmək haqqını ona verək və o Səhiyyə Nazirliyi, Qlobal Fondla müqavilə bağlayacaq və bir də 2 il işləyəcəyik. Pulu verilməyəcəyi halda bizi işdən çıxaracağı ilə hədələdi. Biz də işdən çıxamayaq deyə, 8 ayın pulunu ona verdik ki, müqavilə bağlasın, 2 il işləyə bilək. 2016-cı ilin yanvar ayında müqavilə bağlanmalı idi. Biz işçilər Kəmalə Ağazadəyə çox etibar edirdik. Lakin 2016-cı ilin yanvarından indiyə kimi heç bir müqavilə bağlanmadı. Aldadıldığımız anlayıb pulumuzu geri istəyəndə isə bildirdi ki, yazılı surətdə mənə pul verməmisiniz, sübut edə bilməzsiniz”.
H.Kəngərli əlavə edib ki, şikayətlərinə prokurorluqdan cavab gəlib. Rəsmi bildirişdə göstərilib ki, şikayət əsasında Cinayət Məcəlləsinin 308.1-ci, 178.2.3 və 178.2.4-ci maddələri ilə cinayət işi başlanıb.
K.Ağazadə criminal.az-a açıqlamasında bildirib ki, hazırda bu işlə hüquq-mühafizə orqanları məşğul olur. Birlik sədrinin sözlərinə görə, barəsində şikayət edən H.Kəngərli onun ailəsinin üzvü olub və qərəzli şikayət edib.
”Hər halda istintaq şər-böhtan məsələsini də araşdıracaq və hüquqi qiymət verəcək” deyə K.Ağazadə vurğulayıb.
A24.Az 
Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar