Yerli məhsullarımızın Rusiyaya daşınmasında problem yaranıb - VİDEO

Yerli məhsullarımızın Rusiyaya daşınmasında problem yaranıb – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Rusiya Federasiyasının yol vergisi ilə bağlı ölkə qanunveiciliyində həyata keçirdiyi yeni düzəlişlər bu ölkədə fəaliyyət göstərən bir sıra nəqliyyat şirkətlərinin etirazına səbəb olub. Nəticədə ölkənin nəqliyyat sektorunda fəaliyyət göstərən şirkətlərin bəziləri tətil elan edərək işi dayandırıb.

“A24.az” xəbər verir ki, bu barədə DGK Mətbuat Xidmətindən Trend-ə verilən məlumatda bildirilir.

Məlumatda qeyd olunur ki, yükdaşımalara təsir edən bu hadisə Azərbaycandan Rusiyaya aparılan kənd təsərrüfatı məhsullarının da daşınmasında problem yaradıb. Belə ki, sərhəddi maneəsiz şəkildə qarşı tərəfə keçən yüklərin təyinat məntəqələrinə, xüsusilə Moskva və Moskva ətrafı regionlara çatdırılmasında əngəllər meydana gəlib.

Dövlət Gömrük Komitəsi bildirir ki, ölkənin Rusiya ilə sərhəddə yerləşən gömrük-keçid məntəqələrinin fəaliyyətində hər hansı problem yoxdur və gömrük-keçid məntəqələri müəyyən olunan qrafik əsasında gömrük nəzarəti işini həyata keçirir.

Xatırladaq ki, yaranmış problemin həlli ilə bağlı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi rəsmi olaraq Rusiya Federasiyası Federal Gömrük Xidmətinə müraciət edib.

“A24.az” mövzu ilə bağlı videoxəbəri təqdim edir:

https://www.youtube.com/watch?v=O6RGHQUS9LE

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Video Xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar