Kənd yerlərində dərs deyən müəllimlərin imtiyazları artırılıb

Kənd yerlərində dərs deyən müəllimlərin imtiyazları artırılıb
Want create site? Find Free WordPress Themes and plugins.

“Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında” qərarında dəyişiklik edilib.

A24.Az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin yeni qərarında qeyd olunub.

Qərara görə, pedaqoji profilli ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş yaşı 35-dək olan gənc mütəxəssislərin kənd rayonlarında yerləşən ümumi təhsil müəssisələrinə işə cəlb olunmasının stimullaşdırılması və həmin müəssisələrdə pedaqoji kadr tələbatının ödənilməsi məqsədi ilə dövlət sifarişinə əsasən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan və 3 (üç) il müddətində həmin təhsil müəssisəsində fəaliyyətini davam etdirən gənc mütəxəssislər fəaliyyətlərini digər kənd rayonlarının təhsil müəssisəsində davam etdirəcəkləri təqdirdə də, kommunal xidmətləri və yaşayış yerinin kirayə haqqını ödəmək üçün verilən 60 manat məbləğində kompensasiyanı alacaqlar.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Təhsil
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar