Kərkükdə tayfalar İŞİD-ə qarşı birləşdi

Kərkükdə tayfalar İŞİD-ə qarşı birləşdi
Want create site? Find Free WordPress Themes and plugins.

İraqın Kərkük şəhərində, Ərəb, Türkmən və kürd tayfa liderləri “Qardaşlıq Razılaşması”  imzaladı.

Bu razılaşma ilə tayfalar, İŞİD-ə qarşı birlikdə hərəkət etmə və aralarındakı ixtilafları ortadan qaldırmaq haqqında qərar verdi. Tərəflər arasındakı razılaşma mətbuat konfransıyla ictimaiyyətə çatdırıldı. Tayfa başçılarının qatıldığı mətbuat konfransında tərəflərin “ifadə və hərəkət” birliyində razılaşdıqları bildirildi.

Tərəflərın adından danışan Zəngənə tayfası lideri Osman Əbdülkərim, “Kərkükün xeyri və İŞİD-ə qarşı bir olmaq üçün “Qardaşlıq Müqaviləsi”ni imzaladıq. Bu razılaşma ilə Kərkükdəki bütün etnik və məzhəb ayrıseçkiliyinə dur deyirik” dedi.

Əbdülkərim, razılaşma çərçivəsində tayfaların Kərkük ətrafını və şəhər mərkəzini qoruyan bütün təhlükəsizlik orqanlarını dəstəkləyəcəyini vurğuladı. O, “Eyni zamanda terror hücumları, cinayət hadisələri, avtomobil oğurluğu, bandaçılıq və adam qaçırtma hadisələrini qınayır və rədd edirik” deyə danışdı.

iraksondurumyeni

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya

Müzakirə

A24.Az