Kerri Rusiyaya gedəcək

Kerri Rusiyaya gedəcək
Want create site? Find Free WordPress Themes and plugins.

Amerika Birləşmiş Ştatları (ABŞ) Dövlət Katibinin növbəti ay Rusiyaya səfər edəcəyi bildirilir.

“A24.az” məlumat verir ki,  rusiyalı diplomatlar ABŞ-ın Dövlət Katibi Con Kerrinin Moskvaya səfər edəcəyi ehtimalını müzakirə etməyə başlayıblar. Bu haqda Vaşinqtondakı diplomatik mənbələrdən biri yazıb.

“Əgər gözlənilən səfər baş tutacaqsa, bu, Amerika tərəfinin xahişi ilə həyata keçiriləcək”, – deyə mənbə qeyd edib.

Səfərin bu ilin 4-5 fevral tarixlərində planlaşdırıldığı bildirilir.

Görüşün əsas mövzularından birinin isə Ukraynadakı vəziyyətin müzakirəsi olacağı güman edilir.

Xatırladaq ki, ABŞ Dövlət Katibi bundan əvvəl 2013-cü ilin mayında Moskvada səfərdə olub.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar