"Keşlə" Ukrayna millisinin üzvünü transfer edir

“Keşlə” Ukrayna millisinin üzvünü transfer edir
Want create site? Find Free WordPress Themes and plugins.
“Keşlə”nin ukraynalı baş məşqçisi Yuri Maksimov həmyerlisini ölkəmizə gətirmək istəyir. 
A24.Az xəbər verir ki, Polşanın “Yagelloniya” klubundan ayrılan Dmitri Xomçenovski Azərbaycanda oynaya bilər.
Bu barədə Ukrayna mediasına Yuri Maksimov məlumat veib. Mütəxəssis bildirib ki, bu barədə futbolçu ilə danışıqları olacaq. Dmitri razılaşsa, “Keşlə”yə keçidi baş tutacaq.
Qeyd edək ki, Xomçenovski cari mövsümdə “Yagelloniya”nın heyətində 9 rəsmi oyuna çıxıb. 27 yaşlı forvard əvvəllər Ukraynanın “Olimpik” (Donetsk), “Krivbas”, “Zorya” və İspaniyanın “Ponferradina” klublarında oynayıb. Ukraynanın U-20 və U-21 yığmalarında oynayan futbolçu 2013-cü ildən sonra A millidə 4 oyun keçirib.
A24.Az 
Did you find apk for android? You can find new Free Android Games and apps.

 
İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar