“Kiçik Nobel”li alimimizlə görüş olacaq

 

Sentyabrın 28-də, saat 14:00-da Qərb universitetində dünyaşöhrətli riyaziyyatçı alim Məsud Əfəndiyevlə görüş təşkil olunacaq.

 “Elmlərin konvergensiyasi: gözlənilməz nəticələr” mövzusunda keçiriləcək tədbirdə universitetin professor-müəllim və tələbə heyəti iştirak edəcək.

Məsud Əfəndiyev Almaniya hökumətinin təsis etdiyi “kiçik Nobel” mükafatı sayılan “Aleksander fon Humboldt” mükafatını alan ilk azərbaycanlıdır.

1994-cü ildən Almaniyada yaşayan alim Münhen, Ştutqart, Berlin kimi nüfuzlu universitetlərdə dərs deyib. Hazırda H.Helmholts adına Münhen Elmi-Tədqiqat Mərkəzində ”Dinamik sistemlər” şöbəsinin müdiridir.

2005-ci ildə Yaponiyanın nüfuzlu “Japan Societyforthe Promotion of Scionce– JSPS” təşkilatının mükafatına layiq görülüb. M.Əfəndiyev postsovet məkanında dünyanın altı aparıcı elmi jurnalının redaksiya heyətinin üzvü olan yeganə riyaziyyatçı alimdir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR