Kilsədə qətliam törədənin şəxsiyyəti bəlli oldu - FOTO

Kilsədə qətliam törədənin şəxsiyyəti bəlli oldu – FOTO
Want create site? Find Free WordPress Themes and plugins.

ABŞ-ın Texas ştatında qətliam törədənin şəxsiyyəti müəyyənləşdirilib.

“A24.az”ın məlumatına görə, bu barədə CBS telekanalı polisdəki mənbələrə istinadən xəbər verib.

Məlumata əsasən, baptist kilsəsinə daxil olaraq atəş açan 26 yaşlı Texas ştatı sakini Devin Patrik Kelli olub. Onun 2010-2014-cü illərdə ABŞ Silahlı Qüvvələrində hərbi xidmətdə olduğu, 2014-cü ilin mayında hərbi tribunalın qərarı ilə ordudan xaric edildiyi bildirilir.

Hazırda cinayətin motivləri müəyyənləşdirilir. Hüquq-mühafizə orqanları hadisəni terror aktı kimi qiymətləndirmir.

Son məlumatlara görə, ABŞ-ın Sazerlend-Sprinqs şəhərində açılan atəş nəticəsində 26 nəfər ölüb.

Texas sakini Devin Patrik Kelli

APA

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Kriminal, Din
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar