Kilsədən qeyri adi qərar! 30 uşağa təcavüz  etmiş PEDOFİL KEŞİŞ bağışlandı - FOTO

Kilsədən qeyri adi qərar! 30 uşağa təcavüz  etmiş PEDOFİL KEŞİŞ bağışlandı – FOTO
Want create site? Find Free WordPress Themes and plugins.

İspan dilli “Urgente24” xəbər portalının verdiyi xəbərə görə, 5-10 yaş arası 30 qız uşağına təcavüz etdiyini etiraf edən İİV daşıyıcısı olan katolik keşiş Roma katolik kilsəsi tərəfindən bağışlanılıb və o hakim qarşısına çıxmayacaq.

“A24.az” “Din.az”a istinadən xəbər verir ki, Meksikanın baş arxiyepiskopu Oaxaka ştatında (Meksikanın cənubunda, əsasən yerli əhalinin yaşadığı ərazi) onlarla hindu qız uşağına təcavüz etdiyini etiraf edən keşiş Xose Ataulfo Qarsiyanı məsuliyyətdən azad edilib. Yaşları 5 ilə 10 arası olan onlarla uşağa təcavüz etdiyini etiraf edən keşişin üstəlik İİV (İnsanın İmmun Çatışmazlığı – QİÇS xəstəliyinin yaranma səbəbi) daşıyıcısı olduğu məlum olub.

Meksikada, xüsusilə Hindu əhali arasında katolik kilsəsi böyük avtoritetə malik olduğu üçün nə Meksika hakimiyyəti, nə də hüquq müdafiəçiləri bu bəraətə rəy bildirməyib. Ona görə də kilsə xadimi heç bir məsuliyyətə cəlb olunmayacaq. Saytın verdiyi məlumata görə, 30 qurbandan yalnız ikisi məhkəməyə bəraət qərarı ilə bağlı etirazını bildirmək üçün rəsmi surətdə müraciət etməyə cəsarət edib.

“Anonymous” Meksika saytı xəbər verir ki, kilsə xadiminin əməllərinə məruz qalaraq həyatını itirmiş qurbanlardan birinin anası Roma Papasına görüş üçün müraciət etsə də, Vatikandan “məsələ bağlanmışdır” cavabı əsas gətirilərək imtina etmişdir.

Daha əvvəl Fransisk elan etmişdir ki, kilsə tərəfindən pedofil keşişlərə verilən cəzalar azaldılacaq, onlar başqa kilsəyə keçirdilməklə kifayətləniləcək və cəza yerinə kömək təklif olunacaq.

Papa Fransiskin sözlərinə görə, bu cür fəaliyyət “daha mərhəmətli kilsə” yaradılmasına yönəldilmişdir.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Din, Foto xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar