“Kim Azərbaycana düşmən münasibət bəsləyərsə...” - Zeybəkçi

“Kim Azərbaycana düşmən münasibət bəsləyərsə…” – Zeybəkçi
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyənin Dənizli şəhərində ötən ay açılan Azərbaycan Qarabağ parkında Xocalı şəhidlərinin xatirəsi yad edilib.

A24.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, mərasimdə Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybəkçi, Dənizli valisi Əhməd Altıparmak, Dənizli Böyükşəhər Bələdiyyəsinin sədri Osman Zolan, millət vəkilləri, tələbələr iştirak ediblər.

N. Zeybəkçi Xocalı soyqırımı qurbanları başda olmaqla, bütün şəhidlərə rəhmət diləyib: “Bu torpaqları, istər Anadolu, istərsə də Azərbaycanı, Naxçıvanı qarış-qarış qanımızla suvarmışıq. Türkiyə Azərbaycanın yanında olmağa davam edəcək. Biz bir millət, iki dövlətik. Hər kəs bilsin ki, bundan sonra kim Azərbaycana düşmən münasibət bəsləyərsə, Türkiyə səssiz qalmayacaq. Heç kim bunu unutmasın”.

N. Zeybəkçi beynəlxalq ictimaiyyəti ikili standartlardan çıxış etməməyə çağırıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar