Kim Çen In Cənubi Koreya prezidentinə göbələk hədiyyə etdi

Kim Çen In Cənubi Koreya prezidentinə göbələk hədiyyə etdi
Want create site? Find Free WordPress Themes and plugins.

Şimali Koreya lideri Kim Çen In cənubi koreyalı həmkarına hədiyyə olaraq iki ton “matsutake delikates” göbələyi verib.

“A24.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın rəhbərinin mətbuat katibi bildirib.

Onun sözlərinə görə, göbələk Seula təyyarə ilə gətirilib və prezident onların Koreya müharibəsi zamanı ayrılmış və hələ də KXDR-də olan qohumları ilə qovuşmayan ailələrə paylanmasına dair göstəriş verib.

Qeyd edək ki, matsutake göbələkləri Yaponiya, Çin, Koreya və Şimali Amerika mətbəxində xüsusilə dəyərlidir. Bu göbələklər toplandıqdan iki-üç gün sonra əmtəə formasını itirir.

Xatırladaq ki, sentyabrın 18-dən 20-dək Pxenyanda tarixdə beşinci (bu il isə üçüncü) Koreya sammiti keçirilib. İlk sammit 2000 və 2007-ci illərdə, sonrakılar ilə 2018-ci ilin yazında baş tutub.

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Dünya, Maraqlı
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar