"Kişi Mona Liza" adlı sərvət hərraca çıxarılır - Satış qiyməti göz qaraldır

“Kişi Mona Liza” adlı sərvət hərraca çıxarılır – Satış qiyməti göz qaraldır
Want create site? Find Free WordPress Themes and plugins.

Məşhur Renesans rəssamı Leonardo Da Vinçinin “Kişi Mona Liza” olaraq da tanınan “Salvator Mundi” adlı əsəri hərraca çıxarılacaq.

“A24.az”ın Türkiyə mediasından əldə etdiyi məlumata görə, “Christie`s  Muzey Evi” Da Vinçinin “Salvator Mundi” adlı portret əsərini təqribən 100 milyon dollara hərraca çıxarılacağını açıqlayıb.

Rəsm əsəri Hong Kong, San-Fransisko, London və Nyu Yorkda yerləşən sərgilərində nümayiş etdiriləcəyi, əsərin noyabr ayının ortalarında satılacağı deyilir.

Da Vinçi 1500 il tarixə sahib olan panel üzərində yağlı boya ilə çəkilən rəsmində mavi və qırmızı rənglər, əlində kristal bir top tutan Həzrəti İsanı təsvir edib. Muzey, uzun zamandır ortalıqda görünməyən əsəri satışa çıxaran şəxsin kimliyi haqqında məlumat verməyib, ancaq onun avropalı kolleksiyaçı oldu bildirilib.

Qeyd edək ki, renesans dövründə yaşamış və dünyanın ən böyük sənətkarlarından biri kimi qəbul edilən İtaliyalı sənətkarın ən tanınmış əsəri 1506-cı ildə çəkdiyi “Mona Lisa” və 1495-1498-ci illərdə “Sonuncu axşam yeməyi”dir.

Firuzə Alimova / A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Foto xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar