Kişilər qadınlarla müqayisədə niyə zəifləyib? – ARAŞDIRMA

Aparılan araşdırmalara görə, kişilərin qadınlara nisbətən ölüm ehtimalları daha yüksəkdir.

“A24.az” xəbər verir ki, “Royal Holloway” universitetinin elm adamları Fransisko Ubeda və Vincent Jansen riyazi modelləşdirmədən istifadə edərək virusların anadan uşağa keçmə özəlliyinin olduğu, zaman ərzində qadınlara daha az təsir etdiyini ortaya qoyub.

Araşdırmaların nəticələrinə əsasən, kişilərin vərəmdən ölmə ehtimalının qadınlardan bir qədər çox olduğunu, papillom virusu daşıyan kişilərin qadınlardan 5 qat daha çox xərçəngə yaxalandığı, Epstein-Barr virusuna yaxalanan kişilərdə Hodgkin lenfoma xəstəliyinin qadınlardan iki qat daha çox görüldüyü bildirilib.

Yaponiyada “t” hüceyrəli qan xərçəngi virusunun kişilərdə qadınlardan daha çox xərçəngə çevrildiyini gördüyü halda, Karib adalarında isə belə bir fərqin görülməməsi ağıllarda sual işarəsi yaradıb.

Bundan başqa, elm adamları Yaponiyada qadınların öz uşaqlarını Karib qadınlardan daha uzun və davamlı şəkildə əmizdirdiyini, bunun da virusa və ya digər xəstəlik daşıcıyıcısına yoluxma fürsəti verdiyini ifadə edib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR