Kiyevdə Saakaşvilinin rəhbərliyi altında yürüş keçirilib - VİDEO

Kiyevdə Saakaşvilinin rəhbərliyi altında yürüş keçirilib – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Kiyevdə Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin çağırışı ilə “Qəzəblilərin yürüşü” baş tutub.

A24.Az “Report”a istinadən xəbər verir ki, 700 nəfərə yaxın şəxs Mixaylovski meydanına toplaşaraq Ali Rada qarşısında yerləşən Konstitusiya meydanına doğru hərəkət edib.

Yürüş iştirakçılarının əsas tələbi ölkə prezidenti və Antikorrupsiya Məhkəməsinin impiçmenti haqqında qanunun qəbul olunmasıdır.

“Yeni qüvvələr hərəkatı”nın nümayəndəsi İvan Slobodyanık Mixaylovski meydanına məhsul yarmarkasının təşkil olunmasını təxribat adlandırıb. Buna baxmayaraq dəstə bir araya gəlib və marşrut üzrə hərəkət edib.

A24.Az

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar