Kobani açıq muzey olacaq

Kobani açıq muzey olacaq
Want create site? Find Free WordPress Themes and plugins.

Çərşənbə axşamı peşmərgə qüvvələrinin Suriyanın şimalındakı Kobani şəhərini 134 gün davam edən döyüşlərdən sonra azad etməsi yurd-yuvasından uzaq düşən kürdləri sevindirib.

“A24.az” məlumat verir ki, İŞİD terror qruplaşmasından xilas edilərək kürdlərin nəzarətinə keçən Kobani şəhərində indi artıq dağıdılmış binalar, deşik-deşik olmuş divarlar nəzərə çarpır. PYD qüvvələri təmizlik işlərinə başlasalar da, Kobani kantonu başqa bir plan həyata keçirmək istəyir.

Döyüş izləri daşıyan bölgəni qoruyaraq açıq hava muzeyinə çevirməyi planlaşdıran kantonun Kobaninin Məştənur təpəsi adlanan yerdə yeni şəhər quracağı bildirilir.

Bu həm döyüşün izlərini qorumaq və kürd qüvvələrinin qazandığı zəfəri yaddaşlara həkk etmək, həm də yeni nəsilə göstərmək məqsədi daşıyır.

Bundan başqa, Kobani kantonu İŞİD yaraqlılarının zülmündən qaçaraq Türkiyəyə pənah gətirən kobanili qaçqınlara yazda geri qayıtmaq üçün müraciət edəcəyini də bəyan edib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar