Kökəlməyinizə səbəb olan səhər vərdişləri

Kökəlməyinizə səbəb olan səhər vərdişləri
Want create site? Find Free WordPress Themes and plugins.
Səhər vərdişləri həddən artıq kilo almağa səbəb olur. Çəki atmaqda çətinlik çəkirsinizsə, buna səbəb səhər vərdişləriniz ola bilər.
Yuxudan oyandıqdan sonra edilən bəzi səhvlər çəki atmanın qarşısını ala bilər. Bu da həmin 5 pis alışqanlıq…
1. Çox yatmaq
Yeddi saatdan az, on saatdan çox yatmaq kökəlməyə səbəb olur. 2014-cü ildə aparılan araşdırmalara görə ən yaxşısı 8 saat yatmaqdır.
2. Yetərli günəş şüası almamaq
Günün səhər saatlarında günəş şüası qəbul etmək maddələr mübadiləsini yaxşılaşdırır. Oyandıqdan sonra 20-30 dəqiqə ərzində alınan şüa bədənin kütlə indeksinə müsbət təsir edir.
3. Az səhər yeməyi yemək
Bəzi insanlar düşünür ki, səhər yeməyini az yeməklə arıqlaya bilərlər. Lakin bu tam əksinədir. Gündəlik qəbul edilən səhər yeməyinin tərkibində ən az 500-600 kalori olmalıdır.
4. Səhər yeməyini gec yemək
Oyandıqdan sonra bədənin enerji toplaması üçün yemək vacibdir. Buna görə də səhər yuxusundan 10-15 dəqiqə sonra yeməyinizi yeyin. Əgər mədəniz uzun müddət boş qalarsa, iltihab və qastrit yarana bilər.
5. Həddən artıq iş görmək
Oyandıqdan sonra işiniz çox olsa belə, onları tələsmədən edin. Əks halda bədəninizdə narahatlıq yarana bilər. Və bu da çəki artımına imkan yaradar. Qarşısını almaq üçün çay və ya ilıq limonlu su için.
Əlavə olaraq şəkər və yağdan az istifadə etməyə çalışın. Onların əvəzinə meyvə, tərəvəz, çay, qatıq kimi məhsullardan istifadə edə bilərsiniz.
///Axşam.az
Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Sağlamlıq
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar