Kolumbiya Eskobarın izlərini silməyə çalşır: "Qaçaq" Eskobar Muzeyi bağlanıldı

Kolumbiya Eskobarın izlərini silməyə çalşır: “Qaçaq” Eskobar Muzeyi bağlanıldı
Want create site? Find Free WordPress Themes and plugins.

Kolumbiya polisi narkotik qaçaqmalçısı Pablo Eskobarın “ayıcı” ləqəbli qardaşı Roberto Eskobar tərəfindən açılan muzey evi, bağlamaq üçün bir basqın təşkil edib. Turizm lisenziyası olmadığı müəyyən edilən muzey, Kolumbiya Turizm Nazirliyi rəsmiləri tərəfindən bağlanıb.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, Kolumbiyanın Antioquia bölgəsinin paytaxtı olan Medellin şəhərində yerləşən Pablo Eskobar Muzey Evi, turizm lisenziya olmadığı səbəbilə bağlanılıb. “Narko-tur kimi tanınan trustik səfər çərçivəsində ziyarət edilən muzey evdə Eskobara məxsus bəzi əşyalar və fotoşəkillər nümayiş etdirilirdi. Digər tərəfdən keçirilən tur çərçivəsində, Antioquia bölgəsində məşhur narkotik baronu ilə bütünləşmiş bəzi məkanlar ziyarət edilirdi. Muzeyin bağlandığı zaman belə muzey içərisində 7 ziyarətçinin olduğu bildirilib. Bundan əlavə, muzeyin internetdə sıx olaraq istifadə edilən səyahət tövsiyə və qiymətləndirmə səviyyəsi Tripadvisor”da belə yüksək bir xal verməyə və onlarca şərhə malik olması diqqəti çəkib.

Mövzu haqqında “Colombiano” qəzetinə açıqlama verən Medellinin Təhlükəsizlik Katibi Andres Tobon, “Medellin şəhərinə ən böyük zərəri vermiş olan bu şəxsin həyatını tanıtmaq üçün yaradılan bu muzeyin fəaliyyətinin müvəqqəti olaraq təxirə alınmışdır” – dedi. Şəhərin bələdiyyə sədri Federiko Gutirrez də daha əvvəl verdiyi açıqlamada, bu tip turları, narkotik qaçaqmalçılarının həyatlarını ucaltmaqla günahlandırmışdı. 1990-cı illərdən bəri, bu vəzifədə çalışan bir çox bələdiyyə sədri, kartellərin və paramiliter dəstələrin Medellin üzərindəki təsirlərini, sosial və təhsil proqramları vasitəsi ilə aradan qaldırmaq üçün çox çalışmışdı. Medellində şiddət keçmişə nisbətən azalsa da, hazırda şəhərdə çalışan kiçik narkotik dəstələri və narkotik qaçaqmalçıları olduğu bilinir. Tam adı Pablo Emilio Eskobar Gaviria olan narkotik baronu, fermer bir atanın və ibtidai sinif müəllimi bir ananın 7 uşağından biri olaraq 1-ci dekabr 1949-cu il tarixində Kolumbiyanın Rionegro şəhərində dünyaya gəlib.

70-ci illərdə ev əşyaları və siqaret qaçaqmalçılığına başlayan Eskobar, 80-cı illərə gəldikdə isə Kolumbiyada istehsal etdiyi kokaini ABŞ-da sataraq böyük bir sərvətin sahibi olmuşdu. Korrupsiya, cinayət, təhdidlər və sərvətinin də köməyi ilə böyük güc qazanan Eskobar, başda Avianca hava yollarına aid 203 səfər saylı təyyarəyə təşkil etdiyi bombalı hücumda 4 min adamın ölümünə görə günahkar sayılır. Pablo Emilio Eskobar Gaviria, 1993-cü ildə ABŞ-ın Narkotik ilə Mübarizə Təşkilatı ilə Kolumbiya ordusunun birgə apardığı bir əməliyyat nəticəsində Medellin şəhərində öldürülmüşdü.

Orxan Aslanlı, A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Dünya, Maraqlı
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar