Komandalar ilk testlərdə hansı qrafiklə işləyəcəklər?

Komandalar ilk testlərdə hansı qrafiklə işləyəcəklər?
Want create site? Find Free WordPress Themes and plugins.

Bu gün İspaniyanın Barselona şəhəri yaxınlığındakı Kataloniya trasında 2017-ci il mövsümünün ilk mövsümöncəsi testləri başlayacaq.

A24.az bildirir ki, testlər hər gün səhər yerli vaxtla saat 9:00-da başlayacaq və 18:00-da başa çatacaq, günorta hamı birsaatlıq fasiləyə ayrılacaq. Dörd gün ərzində Barselonada mülayim hava olmalıdır, testlərin son günü yağış təkərlərin yoxlanması üçün tras süni sulanacaq.

Cədvəldən də göründüyü kimi yalnız çempion kamanda hər bir test gününü sürücülər arasında bərabər bölüb, yəni nahara qədər bir sürücü, nahardan sonra isə digər sürücü sükan arxasında işləyəcək. Yalnız Force İndia komandası bir test gününü ehtiyat sürücüsü ilə keçirəcək – martın 1-də Alfonso Seliş çalışdığı üçün, sonuncu gün əsas sürücülər arasında bölünüb. Yalnız Haas komandasının sürücüləri ardıcıl iki gün tam test proqramı üzrə işləyəcəklər. Renault və Sauber komandalarında isə ilk iki günü sürücülər təklikdə, son iki günü isə birlikdə çalışacaqlar.

Komanda/Tarix 27 fevral 28 fevral 1 mart 2 mart
Mercedes AMG Valtteri BottasLyuis Həmilton Lyuis HəmiltonValtteri Bottas Valtteri BottasLyuis Həmilton Lyuis HəmiltonValtteri Bottas
Red Bull Daniel Rikkardo Maks Ferstappen Daniel Rikkardo Maks Ferstappen
Ferrari Sebastyan Fettel Kimi Rəykkönen Sebastyan Fettel Kimi Rəykkönen
Force İndia Serxio Peres Esteban Okon Alfonso Seliş Serxio PeresEsteban Okon
Williams Felipe Massa Ləns Stroll Felipe Massa Ləns Stroll
McLaren Fernando Alonso Stoffel Vandorn Fernando Alonso Stoffel Vandorn
Toro Rosso Karlos Sayns Daniil Kvyat
Haas Kevin Maqnussen Kevin Maqnussen Roman Qrojan Roman Qrojan
Renault Niko Hülkenberq Colion Palmer Niko HülkenberqColion Palmer Niko HülkenberqColion Palmer
Sauber Markus Eriksson Antonio Covinatsi Markus ErikssonAntonio Covinatsi Markus ErikssonAntonio Covinatsi
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Formula1, İdman
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar