Kontenin London təmsilçisi ilə aralarındakı gərginlik  davam edir

Kontenin London təmsilçisi ilə aralarındakı gərginlik  davam edir
Want create site? Find Free WordPress Themes and plugins.

Son iş yeri İngiltərənin “Çelsi” klubu olan Antonio Kontenin London təmsilçisi ilə aralarındakı gərginlik hələ də davam edir.

A24.az-ın “Goal.com”a istinadən yaydığı məlumata görə, vəzifəsindən vaxtından əvvəl göndərildiyi üçün London təmsilçisindən 10 milyon avro təzminat alan italiyalı mü

təxəssis, tərəflər arasındakı razılığa əsasən, bu mövsümün sonuna qədər heç bir komandanı çalışdıra bilməz.

Kontenin “Real”dan (Madrid) təklif aldığı bildirilsə də, Britaniya mediası onların arasında görüş olmadığını yazıb.

İngiltərə mətbuatı Kontenin “Çelsi”dəki işinə yeni mövsümün başlanması ərəfəsində son verildiyi üçün klubu məhkəməyə verə biləcəyini bildirib.

İtaliya mətbuatı isə yazır ki, Konte özü hər nə qədər də “Real”ı çalışdırmaq istəsə də, “Çelsi” ilə aralarındakı “soyuq müharibə”yə görə 2019-cu ilin sonuna kimi heç bir klubu çalışdıra bilməyəcək.

Qol.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
İdman
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar