Kral əhaliyə 30 milyard dollar payladı

Kral əhaliyə 30 milyard dollar payladı
Want create site? Find Free WordPress Themes and plugins.

Səudiyyə Ərəbistanının kralı Salman bin Abduləziz hakimiyyətə gəlməsi münasibəti ilə dövlət qulluqçularına, təqaüdçülərə və tələbələrə ümumilikdə 30 milyard dollar təşkil edən iki aylıq ödəniş verilməsinə dair sərəncam imzalayıb.

Belə ki, Səudiyyə Ərəbistanı kralı Salman bin Abduləziz dövlət qulluqçularının, təqaüdçülərin və tələbələrin mükafatlandırılması, 500 min vətəndaşa 500 min səudiyyə rialının (təxminən 133 min dollar) bağışlanması, eləcə də əcnəbi məhkumların gələcəkdə bu ölkəyə gəlməkləri qadağan olmaqla ölkədən çıxarılması haqqında sərəncam verib.

“A24.az” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, kralın eyni sərəncamı ilə əhalinin elektrik enerjisi və içməli su ilə təminatı üçün yeni qurğuların tikilməsinə görə 20 milyard dollar ayrılıb.

Salman bin Abduləziz ölkədə qeydiyyatdan keçən bütün ədəbi klublara, eləcə də Səudiyyə Ərəbistanı futbol çempionatının superliqa klublarına 10 milyon rial ayırıb, belə ki, birinci liqanın komandalarına 5 milyon rial, qalan klublara isə 2 milyon səudiyyə rialı ayrılıb.

Sosial vəsait alan bütün kateqoriyadan olan vətəndaşlara və imkanları məhdud olan vətəndaşlara iki aylıq məvacib həcmində mükafat ayıran Salman bin Abduləziz Sosial Müdafiə Nazirliyinə, həmçinin qeydiyyatdan keçmiş xeyriyyə fondlarına 2 milyard rial, həmrəylik kooperativ assosiasiyasına 200 milyon rial, bütün qeydiyyatdan keçmiş həmkarlar təşkilatlarına isə 10 milyon rial ayırmağı əmr edib.

Səudiyyə Ərəbistanının yeni kralı “Twitter”də hesabıda  Allahdan dinə və vətənə xidmət etməyə yardım istəyinin əks olunduğu şərh yazıb. O həmçinin vurğulayıb ki, heç bir mükafat mənim xalqımın xidmətlərini əvəz edə bilməz.

Kralın bu tviti iki saat ərzində 175 min dəfə yenidən paylaşılıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya

Müzakirə

A24.Az