Kreml Putin-Tramp görüşünün mümkün mövzularını açıqladı

Kreml Putin-Tramp görüşünün mümkün mövzularını açıqladı
Want create site? Find Free WordPress Themes and plugins.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya və ABŞ prezidentlərinin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammiti çərçivəsində planlaşdırılan görüşündə müzakirə ediləcək mövzuları açıqlayıb.   

A24.Az APA-ya istinadən verdiyi xəbərə görə, D.Peskov  müzakirə ediləcək bir çox mövzuların olduğunu bildirib. Hazırda razılaşdırılan əsas mövzulardan biri Suriyadakı böhranın nizamlanmasıdır. Onun sözlərinə görə, son vaxtlar bu sahədə xeyli müsbət dəyişikliklər baş verib.

D.Peskov prezidentlərin  Şimali Koreya problemini müzakirə edəcəyini istisna etməyib.

Rusiya prezidentinin mətbuat katibi bununla belə Şimali Koreya məsələsində Rusiya və ABŞ-ın   əməkdaşlıq etmədiyini qeyd edib: “Yalnız hərdənbir fikir mübadiləsi aparılır”.

Qeyd edək ki, Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammitinin 6-11 noyabr tarixlərində Vyetnamda keçiriləcəyi gözlənilir.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Siyasət
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar