Krım hələ də işıqsızdır

Krım hələ də işıqsızdır
Want create site? Find Free WordPress Themes and plugins.

Ukraynanın daxili işlər nazirliyi bildirib ki, Krımı elektrik enerjisi ilə təmin edən 4 qüllədən hazırda yalnız birini təmir eləmək mümkündür.

a24.az” Azadlıq Radiosuna istinadən bildirir ki, Nazir Arsen Avakov noyabrın 23-də nazirlər kabinetinin iclasında bildirib ki, mina və mümkün hücum təhlükəsinə görə, stansiyanı təmir eləmək mümkün deyil.

Krımın 1,5 miylonluq sakini noyabrın 21-də işıqsız qalıb.

Buna səbəb Ukrayna ərazisində yerləşən ötürücü stansiyada bartlayış baş verməsidir.

Məlumatlara görə Krım tatarlarından ibarət bir qrup təmirçilərin ora getməsinə mane olublar.

Krım tatarlarının lideri Mustafa Dzhemilev noyabrın 22-də bildirib ki, elektrik enerjisinin bərpa edilməsi ilə bağlı danışıqlar, Rusiyada siyasi motivlərlə həbsdə olan bütün ukraynalılar azad edildikdən və krım tatarlarının qətli və yoxa çıxması ilə bağlı komissiya yaradıldıqdan sonra mümkündür.

Rusiya 2014-cü ilin martında Krımı ilhaq edib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Dünya
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar