Kriminal avtoritetlər Lotu Qulidən niyə ÜZR İSTƏYİR? Yeni faktlar

Kriminal avtoritetlər Lotu Qulidən niyə ÜZR İSTƏYİR? Yeni faktlar
Want create site? Find Free WordPress Themes and plugins.

Namiq Canıyev və digər dörd avtoritet yalnız zaminə buraxılıb. Onlar həftədə iki dəfə olmaq üzrə Türkiyə polis məntəqələrinə gedib imza çəkməlidilər və onların ölkə xaricinə çıxması məhkəmə prosesi bitənədək qadağan edilib.

Qeyd edək ki, adı çəkilən şəxslər Nadir Səlifova yəni Lotu Qulinin qardaşına qarşı sui-qəsddə ittiham olunurlar.

Bir digər maraqlı fakt isə ondan ibarətdir ki, türkiyəli avtoritetlər Lotu Quliyə qardaşının intiqamının həbsdə ikən alınması təklifini irəli sürüblər. Lakin Quli bunu özünün edəcəyini bildirib.

Türkiyyənin məşhur avtoriteti Sedat Pekər Namiq və Hacı əməkdaşlığa görə “Şirinlər” qruplaşmasının üzvlərindən üzr istəyib və onlara böyük məbləğlər təklif olunub. Sifarişlə kimi öldürəcəkləri ilə bağlı isə məlumatlarının olmadığını Sedat Pekər Lotu Quliyə bildirib.

Rövşən Lənkəransikinin ölümündən sonra gürcü əsilli qanuni oğru Merab onun adamlarını qanadları altına alıb. Lakin o Lotu Quliyə bu plandan xəbərsiz olduğunu, Hacı həbsdən çıxdıqdan sonra Quliyə şəxsən təhvil verəcəyinə də söz verib.

Qeyd edək ki, Loyu Qulinin hal-hazırda bir nömrəli düşməni çeçen əsilli Şeyx Həmzət ləqəbli qanuni oğrudur. O Rövşən Lənkəranskinin intiqamını alacağına söz verdiyi iddia olunur./Crimetimeru

Did you find apk for android? You can find new Free Android Games and apps.

 
Manşet
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar