Kristiano Ronaldonun yuxu sirri - Ana bətnində olan uşaq formasında yatır - FOTO

Kristiano Ronaldonun yuxu sirri – Ana bətnində olan uşaq formasında yatır – FOTO
Want create site? Find Free WordPress Themes and plugins.

“Real Madrid”in ulduz oyunçusu Kristiano Ronaldonun bütün məşqlərdə yoldaşlarından daha çox məşq etdiyi,  özünü fiziki və texniki olaraq inkişaf etdirdiyi hər kəs tərəfindən məlumdur. Amma Ronaldonun xüsusi yuxu müəlliminin olduğunu və 5 dəfə ara verməklə 7 saat yarım yatdığını bilən çox az adam var.

“A24.az” bildirir ki, Nick Littlehales Ronaldonun yuxu məşqçisi və  özəl müəllimlərindən biridir. Artıq uzun müddətdir ki, Ronaldonun yuxu rejimini planlayır. Bu planlamaya görə, Ronaldo gün ərzində 7 saat yarım yuxu yatır. Amma futbolçu 7,5 saatı bir dəfəyə yatmır. Onun yuxusu üçün ayrılan həmin saatlar gün ərzində 5 yerə bölünərək hər 90 dəqiqədən bir yatızdırılır.

Lakin dünya şöhrətli futbolçunun sirri bununla bitmir.

Littlehales Ronaldonun meydanda performansını necə yüksəltdiklərini belə açıqlayıb:

Birfədəyə 8 saat yatmaq sağlamlıq deyil. Xüsusilə də 13:00-15:00 arasında iş qabiliyyətini azaldır. Odur ki, Ronaldo 90 dəqiqədən bir gündə 5 dəfə 7,5 saat yatır.

Həmçinin hər dəfə yatmazdan əvvəl yastığından tutmuş bütün yataq dəstinin üzlükləri dəyişdirilərək yenilənir.

Ana bətnində olan uşaq formasında yatır, arxası və dizləri qarnına doğru bükülmüş vəziyyətdə…

Yatmazdan 90 dəqiqə əvvəl ekrana baxmaq qadağan edilir. Mobil telefon, kompüter və televizora baxmır. Səbəbi: bir çox elm adamları mavi dalğaların yuxu hormonu olan melatoninin yaranmasının qarşısını alaraq yuxunu qaçırdığını bildirir.

Düşərgə quranlar bilir ki, insan yumşaq ədyal və ya örtüyün üzərində yatdığı zaman dimdik oyanır. Ronaldo da çox zərif bir örtüyün üzərində yatır.

Firuzə Alimova / A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya, İdman, Sağlamlıq, Maraqlı
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar