weki

Küçələrin adı dəyişdirilsə də köhnə lövhələr qalıb – VİDEO

Küçə adları dəyişdirilsə də köhnə ünvan lövhələrin yerində qalması sakinləri narahat edir.

a24.az” bildirir ki, bu, Şəki şəhərində qeydə alınıb. Küçələrin adları dəyişdirilsə də “Məşədi Əzizbəyov”, “P.A.Caparidze” lövhələri olduğu kimi yerində qalıb.

Turistlər adətən Şəkidə “Yuxarı baş qoruğu” deyilən tarixi abidələrin olduğu ərazini gəzirlər. Burada Rəşid bəy Əfəndiyevin ev muzeyi “M.Əzizbəyov” lövhəsi asıldığı yerdən 50 metr məsafədə yerləşir.

“Yuxarı baş qoruğu” tarix memarlıq muzeyinin direktoru Təranə Abdullayeva da vəziyyəti etiraf edərək bildirib ki, “P.Caparidze” və “M.Əzizbəyov” küçələrinin adları dəyişdirilərək “Hüseyn Əkbərov” və “Şəfiqə Axundova”nın adı verilmişdir. “Yaxın günlərdə göstərici lövhələr dəyişdiriləcək”.

https://youtu.be/HD6e4x3nB2E

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR