Kür-Araz çaylarında çirklənmə artıb - VİDEO

Kür-Araz çaylarında çirklənmə artıb – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

Kür və Araz çaylarında suyun çirklənmə faizi hər keçən gün daha da artır.

Oktyabr ayının son on günlüyündə aparılan monitorinqlərin nəticələrinə görə, çaydakı biogen maddələrin miqdarı normadan dəfələrlə çox olub.

“Artıq Kür də, Araz da xroniki çirklənməyə məruz qalır. Bunun da ən əsas səbəbi odur ki, nə Gürcüstanın ərazisində, nə Ermənistanın ərazisində heç bir təmizləyici qurğu işləmir, həm məişət, həm sənaye tullantıları, çirkab suları birbaşa su obyektlərinə axıdılır” – bu sözləri, ETSN-nin departamentinin direktor müavini Mətanət Avazova deyib.

Mütəxəssislərin sözlərinə görə, baxmayaraq ki, son aylar yağışların yağması ilə əlaqədar çaylarda suyun miqdarı artıb, amma bu da çirklənmənin qarşısını ala bilməyib. Nəticədə ərazisindən bu çaylar keçən  kənd və qəsəbələrin sakinləri ciddi təhlükə ilə üz-üzə qalırlar.

“A24.az” mövzu ilə bağlı videoxəbəri təqdim edir:

https://www.youtube.com/watch?v=AzSgI2_qhQk

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Video Xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar