A24 Xeber

Kürdəmirdə yol qəzası nəticəsində bir qadın xəsarət aldı

Kürdəmirdə yol qəzası nəticəsində bir qadın xəsarət aldı
238
09 Noyabr 2018 - 19:56

Kürdəmir rayonunda yol qəzası baş verib.

A24.az “Report”a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Pirili kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Pirili kənd sakini, 1956-cı il təvəllüdlü Kərimov İxtiyar Abdulkərim oğlunun idarə etdiyi “VAZ-2106” və “VAZ-21010” markalı minik avtomobillərinin toqquşması nəticəsində “06”nın sürücüsü və sərnişini Pirili kənd sakini – 1984-cü il təvəllüdlü Kərimova Mətanət Məhəmməd qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Cəlilabadda avtomobil piyadanı vurub.

A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00