Kürdəmirdə ev yandı

Kürdəmirdə ev yandı
Want create site? Find Free WordPress Themes and plugins.

Kürdəmir rayonunda ev yanıb.

“A24.az” məlumat verir ki, hadisə bu gün günorta saat 13:00 radələrində Kürdəmir şəhərinin Tofiq İsmayılov, 12 ünvanında yerləşən evdə  baş verib.

Rayon sakini Nəzər Həsənova məxsus ikimərtəbəli evin birinci mərtəbəsində baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Kürdəmir Rayon Yanğından Mühafizə hissəsinin yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğın nəticəsində 1 otaq əşyaları ilə birlikdə tamamilə yanıb. Yanğınsöndürənlərin səyi nəticəsində yanğının digər otaqlara keçməsinin qarşısı alınıb.

İlkin ehtimala görə, yanğına səbəb elektrik naqillərində baş verən qısa qapanma olub. Yanğın zamanı ölən və xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm

Müzakirə

A24.Az