Lalə Məmmədova cavab verdi - "Axı mənim övladım yazdığınızı oxuyur, siz öz ananızı..."

Lalə Məmmədova cavab verdi – “Axı mənim övladım yazdığınızı oxuyur, siz öz ananızı…”
Want create site? Find Free WordPress Themes and plugins.

Lalə Məmmədova onu təhqir edən izləyicilərinə cavab verib.

A24.az xəbər verir ki, Lalə Məmmədova sosial mediada fotolarının altına görünüşü ilə bağlı təhqir yazanlara fotosunu paylaşaraq cavab verib. O öz “İnstagram” səhifəsində fotosunu paylaşaraq müraciət edib: “Şəkillərimin altına “eybəcərsən, qocalmısan, nə gündəsən , pis gündəsən” yazanlaradır bu dəfə sözüm. Siz elə düşünün, ancaq mən sizin bəyənmədiyiniz, eybəcər saydığınız üzü, gözü, burunumu sevirəm! Çünki yaradan belə məsləhət gördü, mən də onu sevdim. Deyirsiniz qocalmışam? Təki qocalmaq hamınıza nəsib olsun. Mən anayam. Heç düşündünüzmü bu haqda? Axı mənim övladım yazdığınızı oxuyur, siz öz ananızı pak, müqəddəs gördüyünüz kimi o da anasını belə çirkin sözlərdən uzaq, ən gözəl, saf və mərhəmətli qadın kimi görür. Qəlbə dəyən sözlər yazmağa sərf etdiyiniz vaxtı qəlbinizi, gözlərinizi pisliklərdən təmizləməyə sərf edin. İnsanın zahirinə deyil, daxilinə, keçdiyi həyat yoluna nəzər salın, sonra qələminizi işə salın”.

 

Brilyant Rəsulova, A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Şou-biznes
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar